skip to Main Content
Bakı ofisi, Yasmin Plaza, 1-ci mərtəbə

HAQQIMIZDA

Biz Türkiyədə Müalicə olaraq 5 ildir Azərbaycan, İran, İraq və digər ərəb ölkələrindən olan pasiyentlərin Türkiyənin böyük şəhərləri olan İstanbul, Ankara və Antalyanın böyük xəstəxanalar zəncirlərinə, həmçinin öz sahəsində ixtisaslaşmış Çapa, Cerrahpaşa, Hacettepenin həkimləri ilə qovuşdururuq.
Biz 2012-ci ildən etibarən 400-dən çox xəstənin Şəfa tapmağına köməklik etməyimizin qürurunu yaşayırıq.

Türkiyədə Müalicə şirkəti olaraq Türkiyənin aşağıdakı Xəstəxanaları ilə əməktaşlıq edirik:

  • Medical Park
  • Medicana Hospital
  • Acıbadem Hastanesi
  • Gaziosmanpaşa Hastanesi
  • Bahçeşehir Universitet Xəstəxanası
  • Avrasya Hospital
  • Memorial Hastanesi
  • Özel Antalya Yaşam Hastanesi
  • Başkent Hastanesi
  • Antalya Andeva Hastanesi

Həmçinin bizim vasitəmiz ilə Azərbaycan ofisimizdəki həkimimizin qəbuluna yazılaraq şikayətlərinizi bildirə bilərsiniz. Daim sizinlə.

BİZİM HAQQIMIZDA DEYİLƏNLƏR

Anar Məmmədov

Bakıda həkimlər yoldaşımı böyrəyin biopsiyası üçün Türkiyə və ya Rusiyaya aparmağı məsləhət görmüşdülər. Həkimlərin dediyinə görə xəstəliyin diaqnozunun təsdiqlənməsi üçün bu müayinə mütləqdir və Azərbaycanda təəssüf ki yerinə yetirilmir. Türkiyədə müalicə kollektivi sayəsində artıq 2 aydır ki, Türkiyədən qayıtmışıq və Türk həkimlərin qoyduğu diaqnoz və tərtib etdikləri müalicəni davam etdirməkdəyik. Türkiyədə olduğumuz müddətdə bizi yalnız buraxmadığına görə bu şirkətə dərin minnətdarlığımı bildirirəm.

Xəyalə Ağayeva

Özüm Gəncə şəhərində yaşayıram. Uşağımda olan onkoloji xəstəliklə bağlı Bakıya gəldim. Çox saylı həkimlərin qəbulunda olmağıma baxmayaraq, xəstəlik müalicələrə dözümlülük göstərirdi və həkimlərin cərrahi əməliyyatın Bakıda mümkün olmadığını, Türkiyəyə və ya Almaniyaya aparmalı olduğumu deyirdilər. Tibb Universiteti yaxınlığında yerləşən Türkiyədə Müalicə şirkətinə baş vurdum, vəziyyəti şirkətin nümayəndəsinə tam olaraq başa saldım. Dediyim hadisədən artıq il yarım ötür və hələ də türk həkimlərindən və Azərbaycanda bu işi quran hər kəsə balamı bu xəstəlikdən qurtardığı üçün həmişə dua edirəm.

Back To Top